Azərbaycan, Bakı, 15 noyabr/ Trend Life , müxbir Eldar Hüseynzadə / Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda incəsənət nümunələrinin satışı üzrə hərracın olmamasından şikayətlənir. "Çox təəssüf ki, Azərbaycanda hərrac satışı sistemi hazırlanmayıb., - deyə nazir bildirib. - Bizdə "Sotbis", "Kristi" səviyyəsində bir dənə də olsun hərrac yoxdur".
Nazirin fikrincə, bu kimi hərracların keçirilməsi üçün hüquqi bazanın hazırlanması yaxşı olardı. "Hərracların keçirilməsi muzeylərin yeni eksponatlar cəlb etmə imkanlarını yüngülləşdirmiş olardı", - deyə Qarayev bildirib.
Ümumilikdə belə hərraclardan əl işlərini satmaqda daim əziyyət çəkən Azərbaycan rəssamları da imtina etməzdilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]