Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Almaniyanın Drezden şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Norveçlə görüşdə qələbə qazanıb.
Azərbaycan yığmasının heyətində Vüqar Həşimovla Rauf Məmmədov qələbə qazanıb, Şəhriyar Məmmədyarovla Qədir Hüseynov isə heç-heçə edib. Azərbaycan - Norveç görüşünün ümumi nəticəsi 3:1 olub.
Ümumdünya Şahmat Olimpiadasının 5-ci turundan sonra Azərbaycan millisi Almaniya, Rusiya, Ermənistan, Ukrayna və İngiltərə ilə birlikdə 1-6-cı yerləri bölüşür.
Azərbaycanın kişilərdən ibarət yığma komandası növbəti turda Ermənistan millisi ilə görüşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]