Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol komandasının maraq dairəsində olduğu deyilən "Beşiktaş"ın keçmiş baş məşqçsi Ərtoğrul Sağlam səkkiz klubdan təklif aldığını bildirib.
"Beşiktaş"dan ayrılandan sonra səkkiz klubdan təklif almışam. Uğur qazana biləcəyim bir klubla müqavilə bağlamaq istəyirəm", Türkiyə mətbuatına məşhur "Beşiktaş" klubunun keçmiş baş məşqçisi deyib.
Trend -un arayışı: Üç gün əvvəl Trend "Xəzər-Lənkəran" klubuna yaxın mənbələrə istinadən, Sağlamın bu komandanın maraq dairəsində olduğunu yazıb. Bir müddət əvvəl Azərbaycan Premyer-Liqası çərçivəsində "Xəzər-Lənkəran"ın "İnter"ə 2:4 hesabı ilə məğlub olmasından sonra Lənkəran klubunun fəxri prezidenti Mübariz Mənsimov türkiyəli baş məşqçiyə 1,5 milyon dollarlıq müqavilə təklif edib.
Sağlam ona təklif göndərən klubların adlarını açıqlamayıb.
Hazırda "Xəzər-Lənkəran"ın baş məşqçisi türkiyəli Rasim Karadır.
Hazırda hesabında 25 xalı olan "Xəzər-Lənkəran" Premyer-Liqada 4-cü yerdədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]