Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandası Ümumdünya Şahmat Olimpiadasında keçirdiyi növbəti oyunda Ermənistan millisinə məğlub olub.
Azərbaycan yığmasının heyətində Teymur Rəcəbov, Vüqar Həşimov və Rauf Məmmədov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə məğlub olub. Azərbaycan - Ermənistan görüşünün ümumi nəticəsi 1,5:2,5 olub.
Ümumdünya Şahmat Olimpiadası Almaniyanın Drezden şəhərində keçirilir.
Azərbaycan şahmatçıları növbəti görüşlərini İngiltərə yığmasına qarşı keçirəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]