...

Qazaxstanda dostluq, birlik və həmrəylik adlı mini-futbol yarışı keçirilib

Cəmiyyət Materials 24 Noyabr 2008 00:34 (UTC +04:00)

Qazaxıstan, Almatı, 23 noyabr / Trend müxbir  R.Məşədihəsənli/ Almatı şəhərində Dünya Ahıska Türkləri Koordinasiya Şurasının sədri, Qazaxıstan Ahıska Türkləri Milli Mərkəzinin rəhbəri Ziyaeddin İsmixanoğlunun anadan olmasının 50 illik yubileyi ilə əlaqədar olaraq, "Dostluq, birlik və həmrəylik" adlı Qazaxıstan Xalqları Assambleyasına daxil olan Milli Mədəni Mərkəzlərin veteranlarının iştirakilə keçirilən mini-futbol yarışı başa çatıb.

Yarışda 12 komanda iştirak edib. Turnirin birinci mükafatına və xüsusi kubokuna uyğurlar, ikinci mükafata "Ahıska" klubu, üçüncüyə isə "Alatau" komandası layiq görülüb.

Qazaxıstan "Azərbaycanlıları assosiasiyası" Respublika İctimai Birliyinin veteranları 5-ci yerlə kifayətlənərək pulla mükafatlandırılıblar.

Qaliblərə mükafatların təqdim olunması mərasimində iştirak edən Qazaxıstan Respublikası Futbol Federasiyasının vitse-prezidenti Seylda Bayşakov Trend müxbirinə bildirib ki, ölkə prezidenti N.Nazarbayevin Fərmanı ilə "Kurmet" ordeninə layiq görülən Ziyaeddin İsmixanoğlunun anadan olmasının yarım əsrlik yubileyi naminə keçirilən mini-futbol yarışı Qazaxıstanın idman həyatında mühüm hadisə hesab olunur. Onun Qazaxıstanın ictimai, siyasi, sosial-iqtisadi həyatında xidmətləri əvəzsizdir. O, Qazaxıstan və Türk xalqlarının dostluğu, birliyi və həmrəyliyi yolunda qüvvə və səylərini bu gün də əsirgəmir. Ziyaeddin İsmixanoğlunun Qazaxıstan futbolunun inkişafına göstərdiyi maddi və mənəvi dəstəyi peşəkar bir futbolçu kimi yüksək qiymətləndirirəm.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]   

Xəbər lenti

Xəbər lenti