Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycanın Gəncə şəhərində SSRİ-nin əməkdar məşqçisi İsax Cəfərovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnirə start verilib.
Olimpiya İdman Kompleksində keçirilən yarışa Azərbaycan yığma komandası ilə yanaşı, müxtəlif yerlərdən, o cümlədən Gürcüstan, Osetiya (Alaniya), Dağıstan və İrandan (Tehran və Maznadaran) olan 160-dək idmançı qatılıb.
Sərbəst güləşçilər 55-120 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Turnirə bu gün yekun vurulacaq.
İsax Cəfərov Gəncədə güləş məktəbinin banisi kimi tanınır. Onun müəllimi olduğu Aydın İbrahimov ilk dəfə dünya çemionu olan azərbaycanlı idmançıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]