...

Azərbaycanda yaşayan əcnəbilərə pulsuz hüquqi yardım göstəriləcək

Cəmiyyət Materials 1 Dekabr 2008 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Məlumat Mərkəzi bu gündən fəaliyyətə başlayıb.

Xidmətin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bazar ertəsi Trend -a bildirilib ki, Mərkəz əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması ilə bağlı qərarların qəbulu, vətəndaşlıq, qaçqın, immiqrant statusunun verilməsi və s. bu kimi məsələlərlə bağlı pulsuz məsləhətlər verəcək.

Mərkəzə müraciət edənlərin anonimliyi qorunacaq.

Qeyd olunan məsələlərlə bağlı məsləhət almaq istəyən şəxslər Məlumat Mərkəzindəki 012 56187 54 nömrəli "qaynar xətt"lə əlaqə saxlaya bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti