...

Azərbaycanın və Almaniyanın Ədliyyə nazirlikləri arasında əməkdaşlıq sazişi gələn il imzalanacaq

Cəmiyyət Materials 1 Dekabr 2008 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın və Almaniyanın Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlığa dair saziş razılaşdırılıb.

Trend -un məlumatına görə, bu barədə bazar ertəsi ədliyyə naziri Fikrət Məmmədovla Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankinanın görüşündə bildirilib.

Sənədin gələn ilin əvvəlində Almaniya ədliyyə nazirinin Azərbaycana səfəri zamanı imzalanması mümkündür.

Sənəddə ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, hakimlərin, ədliyyə işçilərinin və digər hüquqşünasların ixtisasının artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Ədliyyə Nazirliyi 20 - dən artıq ölkənin, o cümlədən Avstriya, İtaliya, Fransa, Niderland, Çin, Misirin Ədliyyə Nazirlikləri ilə İdarələrarası xarakterli əməkdaşlıq haqqında Sazişlər çərçivəsində əməkdaşlıq edir.

İtaliya, Fransa, Rumıniya, Çin, Avstriya, Rusiya Federasiyası, Niderland Krallığı, Litva və başqa dövlətlərlə Azərbaycan arasında ədliyyə nazirlikləri səviyyəsində qarşılıqlı əməkdaşlıq müqavilələri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti