...

Qafqaz müsəlmanlarının dini rəhbəri Bakıda qanunsuz məscid tikintisini pisləyir

Cəmiyyət Materials 5 Dekabr 2008 11:39 (UTC +04:00)
Qafqaz müsəlmanlarının dini rəhbəri  Bakıda qanunsuz məscid tikintisini pisləyir

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Qafqaz müsəlmanlarının dini rəhbəri Bakıda qanunsuz məscid tikintisini pisləyir.

"Məscid qanunsuz tikilibsə, onu sökmət lazımdır", - deyə cümə günü Trend -a Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə Yasamal rayonu İcra Hakimiyyətinin Murtuza Muxtarov, 190 küçəsindəki məscidin sökülməsi barədə qərarını şərh edərkən bildirib.

Rayonun İcra Hakimiyyəti məscidin tikintisini, paytaxtın icra orqanı tərəfindən icazə verilmədiyi üçün qanunsuz hesab edir.

"Mən həmişə demişəm ki, məscidlərin sökülməsinin əleyhinəyəm, lakin məscid qanunsuz tikilibsə, sökmək lazımdır", - deyə şeyxulislam bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şəhərin mərkəzində böyük məscid tikilərkən dövlət məmurlarından heç birinin əvvəllər bunu görməməsindən təəccübləndiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti