...

Futbol üzrə Türkiyə Superliqasında çıxış edən klubun prezidenti istefa verib

Cəmiyyət Materials 10 Dekabr 2008 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin "Ankaragücü" futbol klubunun prezidenti Camal Aydın istefa verib. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Aydın "Ankaragücü" FK-nın idarə heyətinin 6 saata yaxın davam edən iclasından sonra istefa verdiyini bildirib. O, klubun prezidenti vəzifəsində 11 ay fəaliyyət göstərib.

Hazırda Türkiyə klubunun baş məşqçi vəzifəsi də boşdur. "Ankaragücü" rəhbərliyi Türkiyənin tanınmış məşqçiləri olan Ziyan Doğan və Məsut Bakkalla danışıqlar aparır.

Türkiyə Superliqasında çıxış edən "Ankaragücü" sonuncu turda "Qalatasaray"a qarşı keçirdiyi oyunda 0:3 hesabı ilə məğlub olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti