Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" klubundan ayrılan futbolçuların sayı çox olacaq. Bu barədə cümə axşamı Trend -a klubun mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətindən verilən məlumata görə, fasilə dövründə komandadan 6-7 futbolçu kənarlaşdırılacaq. "Qəbələ"nin transferə çıxaracağı futbolçuların adları açıqlanmır.
Hazırda istirahətdə olan "Qəbələ" komandası təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə gedəcək.
Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra hesabında 12 xalı olan "Qəbələ" 12-ci yerdədir.
Komandanın baş məşqçisi Ramiz Məmmədovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]