...

Azərbaycanın "Neftçi" klubu serbiyalı futbolçunu saxlayıb

Cəmiyyət Materials 15 Dekabr 2008 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun rəhbərliyi Serbiyadan olan qapıçı Vladimir Miçoviçi komandada saxlayıb. Bu barədə bazar ertəsi Trend -a klubun mətbuat xidməti məlumat verib.

Miçoviç "Neftçi"nin heyətində Azərbaycan Premyer -Liqasının birinci dövrəsində iştirak etdiyi oyunlarda elə də yaxşı təsir bağışlamayıb. O, xüsüsilə Lənkəranda keçirilən "Xəzər -Lənəkəran" - "Neftçi" oyununda kobud səhvi ilə yadda qalıb.

Mətbuat xidmətinin məlumatına görə, "Neftçi" klubu bir müddət əvvəl baxışadəvət etdiyi İrlandiyadan olan iki futbolçu ilə müqavilə bağlayacaq.

"Neftçi" Premyer -Liqanın birinci dövrəsindən sonra 13 xalla 9 - cu yerdədir.

Komandanın baş məşqçisi almaniyalı Hans Yurgen Gededir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti