...

Azərbaycanın "Karvan" futbol klubu müdafiə xəttini gücləndirəcək – klub rəsmisi

Cəmiyyət Materials 16 Dekabr 2008 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Ergün/ Yevlaxın "Karvan" futbol klubu Azərbaycan Premyer-Liqasında uğurlu çıxış etmək üçün əsasən müdafiə xəttini gücləndirəcək. Bu barədə "Karvan" klubunun İdarə Heyətinin sədri Şahmar Vəliyev Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına açıqlamasında məlumat verib.

Vəliyev bildirib ki, "Karvan" klubu qış fasiləsi dövründə müdafiə xəttini gücləndirmək üçün yeni futbolçuların transferlərini həyata keçirəcək.

Klub rəsmisi deyib ki, "Karvan" komandası Azərbaycan Premyer-Liqasının bürünc medalları uğrunda mübarizə aparacaq.

Hazırda hesabında 25 xalı olan "Karvan" Premyer-Liqanın 14 komandası arasında 6-cı yerdədir.

Komandanın baş məşqçisi Yunis Hüseynovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti