...

Futbol üzrə Azərbaycan yığması Avropa çempionatına Almaniyada hazırlaşacaq

Cəmiyyət Materials 16 Dekabr 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Avropa çempionatının elit raundunda keçirəcəyi oyunlara Almaniyanın Frankfurt şəhərində hazırlaşacaq. Bu barədə çərşənbə axşamı Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan millisi Avropa çempionatına hazırlaşmaq üçün 2009 - cu ildə, martın 9- dan 17- dək Frankfurt şəhərində təlim -məşq toplanışı keçəcək.

Avropa çempionatının elit raundunda Azərbaycan yığması Hollandiya, Xorvatiya və Lüksemburq komandaları ilə görüşəcək.

Bu oyunlar gələn il martın 19 - 24 - də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti