...

Azərbaycanlı şahmatçı FİDE-nin Qran-Pri turnirində liderliyini qoruyub

Cəmiyyət Materials 18 Dekabr 2008 11:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir R.Ergün/ FİDE-nin Qran-Pri turnirinin 4-cü turu çərçivəsində qarşılaşan azərbaycanlı şahmatçılar Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun görüşü heç-heçə başa çatıb.

Rusiyanın Elista şəhərində keçirilən turnirdə iştirak edən digər şahmatçım?z Vüqar Həşimov h?min turda ermənistanlı Vladimir Akopyanla görüşüb. Azərbaycanl? şahmatçı ilə ermənistanlı idmançının görüşü heç-heçə başa çatıb.

Qran-Pri turnirinin 4-cü turundan sonra Rəcəbov 3 xalla liderdir. Həşimov 2,5 xalla rəqibləri ilə 2-4-cü yerləri bölüşür. Məmmədyarov isə 2 xalla 7-ci yerl?dir.

Növbəti turda Rəcəbov macarıstanlı Peter Leko, Həşimov rusiyalı Aleksandr Qrişuk, Məmmədyarov isə özbəkistanlı Rüstəm Kasımcanovla görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti