...

Avropa Məhkəməsi Azəbaycan Hüquqşünaslar Forumunun qeydiyyata alınmasını tövsiyə edib

Cəmiyyət Materials 18 Dekabr 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Qeydiyyatından imtina olunan Azəbaycan Huquqshunaslar Forumunun təsisçilərinin Avropa Məhkəməsinə şikayəti üzrə qərar açıqlanıb.

Avropa İnsan Haqları Məhkəməsinin cümə axaşamı açıqladığı qərarına görə, məhkəmə Konvensiyanın birləşmək hüququ (11 - ci) maddəsinin pozuntusunu tanıyıb və bu pozuntunun aradan qaldırılmasını dövlətə tövsiyə edib.

Azəbaycan Hüquqşünaslar Forumu 2003 - cü il mayın 24 - də AHF təsisçilərinin ümumi yığıncağının qərarı ilə təsis edilib və həmin vaxtdan qeydiyyat üçün qanuni prosedurlar həyata keçirilməyə başlanılıb.Forumun təsis sənədləri 2003 - cü il iyunun 23 - də dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilib. Həmin dövrdə qüvvədə olan Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, Ədliyyə Nazirliyi ictimai birliyin sənədlərini Nazirlikdə 7 ay icrasız saxlayıb: təşkilatı nə qeydiyyata alıb, nə də qeydiyyata alınmadan imtina barədə cavab verib. 2004 - cü ilin martında AHF-nin dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin verilməsindən imtinanın qanunsuz sayılması, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11- ci maddəsinin pozuntusu barədə Yasamal rayon məhkəməsinə şikayət veriblər. Yasamal rayon məhkəməsi, daha sonra apellyasiya və kassasiya məhkəmələri şikayəti təmin etməyib.

Hüquqşünaslar Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ (6 - cı), birləşmək hüququ (11 - ci) və səmərəli müdafiə vasitələrinə hüquq (13 - cü) maddələrinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə şikayət göndəriblər.Bu, Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı 16 - cı, qeydiyyatla bağlı 4 - cü qərardır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti