...

Azərbaycanın "Bakı" klubunun futbolçusu məşqçilərin seminarında iştirak edib

Cəmiyyət Materials 18 Dekabr 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubunun futbolçusu Aleksandr Tomaş Bolqarıstanda məşqçilər üçün keçirilən seminarda iştirak edib. Bu barədə futbolçu klubun rəsmi saytına məlumat verib.

Müdafiəçi mövqeyində çıxış edən futbolçu bildirib ki, o, seminarda iştirak etsə də, yaxın vaxtlarda məşqçi kimi fəaliyyət göstərmək fikrində deyil.

"Futbolçu karyeramı başa çatdırmaq fikrində deyiləm. Azərbaycan Premyer-Liqasında fasilə yarandığından,məşqçilər üçün nəzərdə tutulan seminarda iştirak etmək istədim".

Tomaş A kateqoriyalı məşqçilik lisenziyası almaq fikrindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti