...

Azərbaycanın böyük şairlərinin əsərləri Almaniyada çıxan antalogiyaya daxil edilib

Cəmiyyət Materials 19 Dekabr 2008 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycanın dahi şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Xətai və başqalarının əsərləri ilk dəfə olaraq alman dilinə tərcümə edilib və Almaniyada çıxan antologiyada nəşr olunub.

Antalogiya AFR-də Nizami Gəncəvi adına Azərbaycan İncəsənət İnstitutu tərəfindən nəşr edilib. Əsərlər alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və alman şair Jan Vaynert tərcümə ediblər, - institutdan cümə günü Trend -a bildiriblər.

"Bu antalogiya - alman ədəbiyyatının xəzinəsidir", - dekabrın 16-da Bundestaqda Almaniya parlamentinin Qafqazla Dostluq Qrupu tərəfindən təşkil edilmiş kitabın təqdimatında çıxış edən Mattes&Seitz nəşriyyatının direktoru Andreas Rotzer bildirib.

Təqdimatda çıxış edən Almaniya XİN-in daimi komissiyasının üzvü və Avropa Şurası Parlament Assambleyasında İnsan Haqları Məsələləri Komissiyasının keçmiş rəhbəri Edvard Lintnerin sözlərinə görə, antalogiya Azərbaycan və Almaniya mədəniyyətləri arasında bir növ körpü olub.

Tədbirdə Almaniya XİN, Berlin Senatı və AFR-in digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti