...

İspaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Cəmiyyət Materials 24 Dekabr 2008 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir C.Babayeva/ İspaniyanın Valensiya şəhərində "Elmira" Azərbaycan - İspan Qardaşlıq Cəmiyyəti adlı yeni diaspor təşkilatı yaradılıb.

Cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri möhkəmləndirmək, bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir,- çərşənbə günü Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

"Elmira" Azərbaycan - İspan Qardaşlıq Cəmiyyəti bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də başqa xalqların diaspor təşkilatları ilə əlaqələr quracaq. Gələcəkdə Azərbaycan və İspan dili kurslarının açılması, Azərbaycan tarixi və mədəniyyətinin təbliği ilə bağlı seminarların keçirilməsi də nəzərdə tutulub.

Təşkilatı Valensiya şəhərinin qubernatorluğu artıq qeydə alıb. Təşkilatın rəhbəri Gülnarə Xanbabayevadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti