...

RİA Novosti ilə tərəfdaşlıq sazişi TREND agentliyinə beynəlxalq imicini daha da möhkəmləndirmək imkanı verəcək – Baş direktor

Cəmiyyət Materials 25 Dekabr 2008 18:24 (UTC +04:00)
RİA Novosti ilə tərəfdaşlıq sazişi TREND agentliyinə beynəlxalq imicini daha da möhkəmləndirmək imkanı verəcək – Baş direktor

Azərbaycan, Bakı, 25 dekabr/ Trend / Azərbaycanın TREND və Rusiyanın RİA Novosti agentlikləri arasındakı tərəfdaşlıq sazişi Azərbaycan jurnalistikasının səviyyəsi, onun peşəkarlıq və perspektivliliyinin bir daha təsdiq olunmasıdır. Bu, KİV- in yaradıcı və qurucu fəaliyyətinə kifayət qədər şərait yaradıldığı ölkəmizin dinamik inkişafı sayəsində mümkün olub, - TREND - in Baş direktoru İlqar Hüseynov cümə axşamı bildirib.

Azərbaycanın TREND və Rusiyanın RİA Novosti  Beynəlxalq İnformasiya Agentliyi cümə axşamı TREND - in ofisində Tərəfdaşlıq Sazişi imzalayıblar. Saziş, informasiya və multimedia sahələrində əməkdaşlığı, jurnalist işi təcrübəsi ilə tanışlığı nəzərdə tutur.

Hüseynovun sözlərinə görə,  RİA Novosti -nin təcrübəli kollektivi öz fəaliyyətində xeyli uğurlara nail olmuş böyük dünya KİV- dən biridir, çoxşaxəli xarici müxbir şəbəkəsi var, son elmi və texnoloji nailiyyətləri fəaliyyətində fəal şəkildə tətbiq edir, RİA Novosti -nin materialları isə, bütün dünyaya yayılır.

Saziş TREND Agentliyinə, ciddi və etibarlı informasiya və multimedia məhsulları tədarükçüsü kimi, beynəlxalq imicini daha da möhkəmləndirmək, məhsulların xaricdə yayılması coğrafiyasını genişləndirmək və ciddi jurnalist təcrübəsini mənimsəmək imkanı verəcək.

"Əminəm ki, nəzərdə tutulmuş planların realizəsi agentliyə yaxın dövrdə daha çox uğurlara nail olmaq imkanı verəcək", - o bildirib.

Hüseynovun sözlərinə görə, il ərzində TREND jurnalistlərin təkrar hazılığına böyük əmək sərf edib. "Mən şirkətimizin hər bir əməkdaşı ilə fəxr edirəm. TREND - in Azərbaycan, Xəzər regionu, Asiya, Avropa, Yaxın Şərq ölkələrindən xəbərləri eksklüzivdir, mötəbərdir və istifadəçilər tərəfindən tələb olunur", - şirkətin Baş direktoru bildirib.

Trend Agentliyi - 1995 - ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir.

TREND - in onlayn-xəbərlər buraxılışları, ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla, beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. Trend abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşidən anaitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007 - ci illərin yekunları üzrə Trend İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008 - ci ildə TREND Agentliyi " XI Avrasiya Teleforumu çərçivəsində, "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti