...

Azərbaycanın TREND Agentliyi Rusiyada tanınır və çox yüksək qiymətləndirilir – "RİA Novosti"nin Baş direktor müavini

Cəmiyyət Materials 25 Dekabr 2008 18:41 (UTC +04:00)
Azərbaycanın TREND Agentliyi Rusiyada tanınır və çox yüksək qiymətləndirilir – "RİA Novosti"nin Baş direktor müavini

Azərbaycan, Bakı, 25 dekabr/ Trend /Azərbaycanın TREND Agentliyi Rusiyada tanınır və həm regional informasiya, həm Azərbaycandan informasiya, həm də regiondan gələn informasiya axınını izləyənlər TREND Agentliyini yüksək və çox yüksək qiymətləndirirlər.

Bu barədə cümə axşamı RİA Novosti-nin Baş direktor müavini Aleksandr Babinski dekarın 25-də Bakıda TREND Agentliyi ilə Tərəfdaşlıq Sazişinin imzalanması mərasimində bildirib.

Sənədi TREND Agentliyinin ofisində TREND şirkətinin Baş direktoru İlqar Hüseynov və Aleksandr Babinski imzalayıblar. Saziş, informasiya və multimedia sahələrində əməkdaşlığı, jurnalist işi təcrübəsi ilə tanışlığı nəzərdə tutur.

"Bizim üçün informasiya əməkdaşlığı haqqında bu sazişin imzalanması çox böyük əhəmiyyət kəsb edir. O təsadüfi deyil. Bu işdə, şübhəsiz ki, sizin ümumi xidmətiniz var", - Babinski deyib.

Onun sözlərinə görə, RİA Novosti informasiya mübadiləsinə çox böyük əhəmiyyət verir və müxtəlif mənbələrdən daxil olan operativ fərqli informasiyanı görmək son dərəcə vacibdir. "Bizim üçün həm sizin agentliyin xəbərlər silsiləsində təqdim edilmiş, həm də ümumilikdə regiondakı hadisə və rəylərin bütün palitrasını görmək çox vacibdir", - Babinski bildirib.

RİA Novosti-nin Baş direktor müavininin sözlərinə görə, yalnız informasiya mübadiləsi və istifadəsindən söhbət getmir. "Düşünürəm ki, agentliklərin kollektivləri arasında ənənəvi, yaxşı əlaqələr qurulacaq. Bizim jurnalist və təcrübə mübadiləsi apara biləcəyimiz güman edilir", - o deyib.

Rusiyanın RİA Novosti beynəlxalq informasiya agentliyi Rusiyada aparıcı multimedia informasiya agentliyidir. Mətnlər, fotoşəkillər, infoqrafika, audio, video, animasiya və karikatura - büün bu müasir və ənənəvi formatlar Rusiya və xaricdəki hadisələri operativ işıqlandırmaq üçün agentlik tərəfindən geniş istifadə olunur. Agentliyin 2008-ci ilin yanvarında işə salınmış müasir multimedia nyusrumunun Rusiyada analoqu yoxdur və xəbər informasiyalarının ən qabaqcıl yığım, emal və buraxılış texnologiyalarının vəhdətidir.

RİA Novosti-nin nümayəndəlikləri və müxbir məntəqələri, MDB və Baltika ölkələri də daxil olmaqla, 40-dan çox ölkədə yerləşir. RİA Novosti Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovada milli və rus dillərində informasiya istrhsal edən yerli informasiya agentlikləri ilə sıx əməkdaşlıq edir. RİA Novosti-nin Rusiyadakı regional şəbəkəsi yalnız müxbirlər və müxbir məntəqələrini deyil, həm də regional press-meydançaları özündə birləşdirərək, 50-dən çox şəhəri əhatə edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti