...

Azərbaycanın "Bakı" klubunun baş məşqçisi bu gün planlarını açıqlayacaq

Cəmiyyət Materials 7 Yanvar 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisi Qyoko Hacıyevski Makedoniyadan Bakıya qayıdıb. Bu barədə Trend -a "Bakı"nın mətbuat xidmətindən məlumat verilib.

Hacıyevski Azərbaycan Premyer-Liqasının birinci dövrəsi başa çatdıqdan sonra vətəninə istirahətə getmişdi.

Mətbuat xidmətindən bildiriblər ki, baş məşqçi bu axşam komandanın baş ofisində klub rəhbərliyi ilə görüşərək, Premyer-Liqanın ikinci dövrəsi ilə bağlı planlarını, yeni transferlərlə bağlı fikirlərini bildirəcək.

"Bakı" hazırda bir müddət əvvəl "Neftçi"dən kənarlaşdırılmış Georgi Adamiya, "İnter"lə müqaviləsi başa çatan Mahmud Qurbanov, Polşanın "Poloniya" klubundan ayrılan Saşa Yunisoğlu və Türkiyənin "Fənərbaxça" komandasının futbolçusu Tümər Mətini transfer etmək istəyir.

"Bakı" Premyer-Liqanın birinci dövrəsini 29 xalla ikinci pillədə başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti