...

Türkmənistan prezidenti ölkə müftisini "millətin dini kamilliyini" təmin etməyə çağırıb

Cəmiyyət Materials 13 Yanvar 2009 12:51 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 13 yanvar / Trend , müxbir E.Həsənov/ Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov ölkə müftisinə müraciətdə "ölkədə həyata keçirilən sülh və anlaşma siyasətinin, millətin dini kamilliyi məsələlərinin vacibliyini" qeyd edib, cərşənbə axşamı "Miras" telekanalı bildirib.

Türkmənlər islam dinin sünni təriqətinin tərəfdarıdırlar. Türkmənistanın Ali müftisi 32 yaşlı Rövşən Allaberdiyev həmçinin Türkmənistan prezidenti yanında Dini İşlər üzrə Şuraya da rəhbərlik edir. O, təhsilini Aşqabad Dövlət Universitetinin sonralar ləğv edilmiş Teologiya fakültəsində alıb.

Bu yaxınlarda ölkənin müsəlman dindarları ilə görüşən Berdıməhəmmədov  din xadimlərinin üzərinə "insanlara həqiqət və mərhəmətin işığını çatdırmaq, onlara hər bir qüsurdan xali yolu tapmağa kömək etmək" məsuliyyətinin qoyulduğunu qeyd edib. Türkmənistan başçısı bildirib ki, Dövlət öz tərəfindən "millətin dini sağlamlığını təmin etməyə xidmət edən bu böyük və əziyyətli işdə" hərtərəfli yardım göstərməyə hazırdır.

"Bizim xalqın mədəniyyətinin bir hissəsi olaraq din, millətin xeyirxahlığa və inkişafa olan əzəli məramını, onun həyata davamlılığını şərtləndirən böyük dini təməlin əsasını təşkil edən, minillikliylər ərzində formalaşmış mənəvi dəyərlər sistemini özündə cəm edir", - türkmən mətbuatı Berdıməhəmmədovun sözlərini sitat gətirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti