...

Azərbaycanda bakalavr ixtisaslarının sayı azaldılıb

Cəmiyyət Materials 15 Yanvar 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir C. Babayeva/ Azərbaycanda bakalavr pilləli ixtisasların sayı azaldılıb. Nazirlər Kabinetinin rəsmi saytında bildirilir ki, ölkənin Nazirlər Kabineti 149 bakalavr ixtisası göstərilmiş siyahını təsdiq edib. YUNESKO-nun standartlarına görə, hər ölkədə ali təhsil müəssisələrinə qəbul 150 ixtisas üzrə olmalıdır. Azərbaycanda isə bakalavr pilləsi üzrə qəbul 515-dən artıq ixtisas üzrə aparılırdı.

İxtisasların siyahısı ölkə hökumətinə Təhsil Nazirliyi tərəfindən 2008-ci ildə təqdim edilib.

Təsdiq olunmuş siyahıya 8 qrup daxil edilib - maarifləndirmə ixtisasları üzrə qrup, humanitar və sosial ixstisaslar üzrə qrup, mədəniyyət və incəsənət ixtisasları üzrə qrup, iqtisadiyyat və idarəçilik üzrə qrup, təbii ixtisaslar üzrə qrup, texniki və texnoloji ixtisaslar üzrə qrup, kənd təsərrufatı ixtisasları üzrə qrup, səhiyyə, rifah və xidmət ixtisasları üzrə qrup.

Məqalə müəllifi iə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti