...

Azərbaycanın "Karvan" klubu yeni transfer etdiyi futbolçunu Türkiyəyə aparmayıb

Cəmiyyət Materials 15 Yanvar 2009 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Karvan" futbol komandası təlim-məşq toplanışı keçmək üçün bu gün Türkiyənin Antalya şəhərinə gedib. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, komandanın yeni transferi Murad Ağakişiyev Türkiyəyə aparılmayıb.

"Karvan"a "Qarabağ" klubundan transfer olunan futbolçü üçün bilet sifaiş olunmadığından, o, Türkiyəyə bir neçə gündən sonra gedəcək.

Komanda Türkiyə toplanışında bir neçə yoxlama oyunu keçirəcək.

"Karvan"ın hazırlıq dövründə yoxlama oyunu keçirəcəyi komandalardan birinin Bolqarıstan klubu olacağı bildirilir.

Komandanın baş məşqçisi Yunis Hüseynovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti