...

Azərbaycanın olimpiya çempionu beynəlxalq turnirdə iştirak edəcək

Cəmiyyət Materials 16 Yanvar 2009 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli Fransada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Bu barədə Trend -a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat verib.

Turnirdə Pekin Olimpiadasında qızıl medal qazanmış Məmmədlidən başqa, Olimpidanın bürünc mükafatçısı Mövlud Mirəliyev, Elxan Rəcəbli və Elxan Məmmədov da iştirak edəcək.

Fransanın paytaxtı Parisdə təşkil olunacaq beynəlxalq cüdo turniri fevral ayının 7-8-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti