Azərbaycan, Bakı, 22 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Almaniya çempionatının müxtəlif liqalarında çıxış edən, əslən azərbaycanlı olan futbolçuların siyahısını təqdim edib. Bu barədə Trend - a AFFA - nın mətbuat xidməti məlumat verib.
AFFA - nın təqdim etdiyi siyahıda əslən azərbaycanlı olan 87 futbolçunun adı qeyd olunub.
Mətbuat xidmətinin məlumatına görə, Assosiasiya rəhbərliyi Almaniyada olan azərbaycanlı futbolçularla bağlı araşdırmalara 6 ay əvvəl başlayıb.
AFFA rəsmiləri Almaniya liqalarında çıxış edən futbolçuları gələcəkdə milli komandalara cəlb etmək niyyətindədirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]