...

Gürcüstan azərbaycanlıları sosial durumlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsini istəyirlər

Cəmiyyət Materials 26 Yanvar 2009 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir C.Babayeva/ Gürcüstan azərbaycanlıları Azərbaycanın Diaspor ilə İş üzrə Dövlət Komitəsindən sosial durumlarının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş ediblər.

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin Gürcüstanda ezamiyyətdə olan əməkdaşları Marneuli rayonunun Xuldərə, Sadaxlı, Burma və Burma Təzəkənd kəndlərində yerli sakinlərlə görüşüblər. Görüşdə bu kəndlərdə yaşayan azərbaycanlıların qarşılaşdığı problemlər müzakirə olunub. Kənd sakinləri onların qarşılaşdığı əsas problemlerin kəndlərin təbii qazla təminatının olmaması, suvarma sistemlərinin bərbad vəziyyətə düşməsi ilə bağlı olduğunu deyiblər, bazar ertəsi Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Trend -un arayışı: Qeyri - rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən, Kvemo-Kartli rayonunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında yüksək vəzifələrin verilməməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Gürcüstan azərbaycanlıları Sadaxlı bazarının bağlanmasından sonra sosial durumlarının ağırlaşdığını da Dövlət Komitəsinin nümayəndələrinə bildiriblər. Onlar Sadaxlı bazarı fəaliyyət göstərdiyi dövrdə həm bu kəndin, həm də ətraf kəndlərin sakinlərinin öz məhsullarını bu bazara satışa çıxarmaq imkanı olduqlarını deyiblər. Lakin indi onlar bu imkandan məhrum olublar.

Kənd sakinləri Dövlət Komitəsinin əməkdaşlarından bu problemin həlli üçün bazarın fəaliyyətinin bərpa olunması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş ediblər. Kənd sakinləri sovet dövründə mövcud olmuş bəzi müəssisələrin fəaliyyəti bərpa ediləcəyi təqdirdə, regiondakı işsizlik problemini qismən aradan qaldırılmasının mümkün olacağını bildiriblər, məlumatda deyilir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti