...

"Turan" futbol klubu Bakıda təlim-məşq toplanışı keçəcək

Cəmiyyət Materials 30 Yanvar 2009 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Turan" futbol klubu Premyer-Liqanın ikinci dövrəsinə hazırlaşmaq üçün Bakıda təlim-məşq toplanışı keçəcək. Bu barədə cümə günü Trend -a klubun mətbuat xidməti məlumat verib.

Tovuz rayonunu təmsil edən "Turan"ın Bakıdakı toplanış çərçivəsində bir neçə yoxlama oyunu keçirəcəyi gözlənilir.

Mətbuat xidmətinin məlumatına görə, yaxın günlərdə bir neçə futbolçunun - İlqar və Vüqar Fərhadov qardaşlarının, həmçinin, Zaur Əsədovla Vüsal Hüseynovun "Turan" klubu ilə müqavilə bağlayacağı gözlənilir.

Maliyyə problemləri olan "Turan" Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra 4 xalla sonuncu yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti