...

Azərbaycanda narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə lazımi səviyyədə deyil- nazir

Cəmiyyət Materials 30 Yanvar 2009 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir C.Babayeva/ Narkotiklərdən istifadənin təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə narkomaniya "cavanlaşır", - Azərbaycanın gənclər və idman naziri hesab edir.

"Nazirlik narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə işini fəallaşdırır. Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda, həm də ölkənin regionlarında aparılmalıdır. Nazirlik məşhur idmançıları maarifləndirmə kampaniyalarına cəlb edir və "Biz QİÇS - ə qarşıyıq" şüarı altında idman oyunları keçirir. Bütün bunlar böyük səmərə verir", - gənclər və idman naziri Azad Rəhimov cümə günü jurnalistlərə bildirib.

Statistikaya əsasən, ölkəyə 21 868 narkoman qeydiyyata alınıb, onların əsas hissəsi gənclərdir. Ötən illərlə müqayisədə, qeydiyyata alınmış narkomanların sayı üç min nəfər artıb.

Ekspertlər iddia edirlər ki, əslində, bu rəqəm xeyli yüksəkdir və Azərbaycanda narkomaniya ilbəil "cavanlaşır".

Nazirlik, narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirmə işləri çərçivəsində, dövlət televiziya kanalında sosial - maarifləndirmə yönümlü çarxlar yerləşdirir, - Rəhimov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti