...

Azərbaycanın "Simurq" komandası Gürcüstan klubuna məğlub olub

Cəmiyyət Materials 30 Yanvar 2009 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Simurq" futbol klubu Gürcüstanda keçirdiyi yoxlama oyununda məğlub olub. Bu barədə cümə günü Trend -a "Simurq"un mətbuat xidmətindən məlumat verilib.

Zaqatalanı təmsil edən klub Gürcüstanın "Olimpi" klubuna 1:2 hesabı ilə uduzub. "Simurq"un qolunu komandanın gürcüstanlı futbolçusu David Volkvadze vurub.

"Simurq" hazırda Gürcüstanda təlim-məşq toplanışı keçir. Komanda bundan əvvəl iki yoxlama oyunu keçirib. "Olimpi" ilə heç-heçə (0:0) oynayan Zaqatala klubu, "Dinamo-2"ni məğlub edib (3:0).

"Simurq"un baş məşqçisi ukraynalı Roman Pokoradır. Hazırda 28 xalı olan komanda Azərbaycan Premyer-Liqasının birinci dövrəsini 3-cü pillədə başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti