...

Azərbaycanlı futbolçu müvəqqəti olaraq Türkiyə klubundan ayrılıb

Cəmiyyət Materials 5 Fevral 2009 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov müvəqqəti olaraq komandasından ayrılmaq məcburiyyətində qalıb. Bu barədə cümə axşamı Trend -a Türkiyədən telefonla futbolçu özü bildirb.
Sadıqov deyib ki, o, Türkiyə Superliqası çərçivəsində "Sivasspor"la oynamaq üçün Sivasa gedən "Kocaelispor"dan ayrılıb.
"Belimdəki ağrılara görə hazırda İstanbulda həkimlərin nəzarəti altındayam. Sabah Sivas şəhərinə gedəcəyəm", - deyə futbolçu əlavə edib.
Sadıqov "Kocaelispor"un məşqi zamanı belindən zədə alıb. Zədəyə görə onun "Sivasspor"la fevralın 7-də keçiriləcək oyunda iştirakı sual altındadır.
"Kocaelispor"da Sadıqovdan başqa, digər azərbaycanlı futbolçu - Ramal Hüseynov da çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]
 

Xəbər lenti

Xəbər lenti