Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) idmanın inkişafında göstərdikləri xidmətlərə görə müxtəlif idman nümayəndələrinə fəxri adlar verilib.
Trend -un məlumatına görə, Natiq Əliyev, Tofiq Əsədullayev, Akif İsmayılov, Sadıq Sadıqov, Elçin Zeynalov əməkdar bədən tərbiyəsi və idman xadimi diplomları alıblar.
2008-ci ildə keçirilən Pekin Olimpiadasında bürünc medal qazanmış boksçu Şahin İmranov isə əməkdar idman ustası diplomu ilə təltif olunub.
13 nəfər fəxri bədən tərbiyəsi və idman işçisi, 17 nəfər əməkdar məşqçi, 12 nəfər idman ustası, 2 nəfər isə respublika dərəcəli hakim adı alıb.
Diplomları gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]