...

Türkiyə klubunda çıxış edən azərbaycanlı futbolçu keçmiş komandası ilə oyunda iştirak etmək istəyir

Cəmiyyət Materials 11 Fevral 2009 12:20

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov çıxış etdiyi "Kocaelispor"un "Kayserispor"la keçirəcəyi oyunda iştirak etmək istəyir.

"Kayserispor" keçmiş klubum olub. Bu komandada yaxşı tanıdığım futbolçular çıxış edirlər. Çox istərdim ki, "Kayserispor"la görüşdə iştirak edim", - çərşənbə günü Trend -a Türkiyədən telefonla Sadıqov deyib.

Türkiyə Superliqası çərçivəsində "Kocaelispor"la "Kayserispor" arasında oyun fevralın 15-də keçiriləcək.

Sadıqov bir neçə il əvvəl "Kayserispor" komandasının heyətində çıxış edib.

Futbolçu "Kocaelispor"un məşqində zədələndiyi üçün onun "Kayserispor"la görüşdə iştirakı sual altındadır.

"Kocaelispor"da Sadıqovdan başqa, digər azərbaycanlı futbolçu - Ramal Hüseynov da çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti