Azərbaycan, Bakı, 13 fevral /Trend Life, müxbir Eldar Hüseynzadə/ Amerikalı dirijor Con Hayns Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcova arfa və skripka üçün bəstə sifariş verib. O, ABŞ-da Azərbaycan bəstəkarının musiqisindən ibarət konsert vermək niyyətindədir. Bu barədə Trend Life-a Fərəcov özü məlumat verib.
"Mən Haynsla artıq yeddi ildir əməkdaşlıq edirəm. Biz yaxın dostuq və o, mütəmadi olaraq mənə musiqi sifariş verir", - Trend Life-a Fərəcov bildirib.
Əvvəllər azərbaycanlı bəstəkar Hayns üçün kvartet üçün süitalar, skripka və violonçel, xor üçün bəstələr və s. yazıb. Onun musiqisi ABŞ-da Sent-Luisdə və Vaşinqton yaxınlığındakı Şervud şəhərində ifa olunub.
Bu mövsüm Azərbaycan Musiqili Komediya Teatrında Fərəcovun "Manyak şəhərdə" adlı operettası səhnəyə qoyulacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]