...

Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların şikayətləri üzrə Avropa Məhkəməsində maraqlı tərəf kimi cəlb olunub

Cəmiyyət Materials 20 Fevral 2009 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların Avropa Məhkəməsinə verdiyi beş iş üzrə maraqlı tərəf kimi cəlb olunub, Trend -un məlumatına görə, cümə günü jurnalistlərə açıqlamasında Azərbaycan dövlətinin İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib. Əsgərov bildirib ki, bu şikayətlərin 4-ü Rusiyaya, 1-i isə Niderlanda qarşı verilib.

Həmin şikayətlər azadlıq hüququnun məhdudlaşdırılması və ekstradisiya ilə bağlıdır.

2002-ci ildən bəri götürsək, Avropa Məhkəməsinə 1600-dan çox ərizə daxil olub. Onların müəyyən hissəsi icraata qəbul olunmayıb.

Avropa Məhkəməsi Azərbaycana qarşı 16 qərar çıxarıb.

Bu qərarlar mülkiyyət hüququnun pozulması, məhkəmə qərarlarının icra olunmaması, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmaması, yığıncaqlar və birləşmək azadlığı hüququ, işgəncələrin qadağan olunması, ədalətli məhkəmə araşdırması hüququ və s. hüquq pozuntuları ilə bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti