...

Azərbaycanın yunan-roma güləşçiləri dünya kubokunda mübarizəyə məğlubiyyətlə başlayıblar

Cəmiyyət Materials 20 Fevral 2009 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandası Fransada keçirilən dünya kubokunda Rusiya millisinə məğlub olub. Bu barədə cümə günü Trend -a Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat verib.

Dünya kubokunda A qrupunda mübarizə aparan Azərbaycan yığması yarışda ilk görüşünü Rusiya komandasına qarşı keçirərək, 1:6 hesabı ilə məğlub olub.

Azərbaycan güləşçiləri ikinci görüşlərini Ermənistan idmançılarına qarşı keçirəcəklər.

Yunan-roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Bəhram Mürvətovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti