...

Azərbaycanı "Danone Beynəlxalq Kuboku"nda təmsil edəcək komanda seçiləcək

Cəmiyyət Materials 2 Mart 2009 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir S.Aslanov /

Futbol üzrə "Danone Beynəlxalq Kuboku"nda Azərbaycanı təmsil edəcək komandanı müəyyənləşdirmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) seçimlərə başlayacaq. Bu barədə bazar ertəsi Trend -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

"Danone Beynəlxalq Kubok"u intensiv olaraq uşaqlar arasında keçirilən beynəlxalq turnirdir.

Əvvəlcə regionlarda 11-12 yaşlı uşaqlar arasında seçmə oyunlar keçiriləcək. Qaliblər sonrakı mərhələdə Azərbaycan Premyer Liqa klublarının eyni yaş qrupu üzrə komandaları ilə qarşılaşacaq. Sonda qalib gələcək komanda Azrəbaycanı "Danone Beynəlxalq Kuboku"nda təmsil etmək hüququ qazanacaq.

"Danone Beynəlxalq Kuboku"nun final mərhələsi bu ilin sentyabrında Braziliyada keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti