...

"Vahid pəncərə" prinsipinin tətbiqi miqrasiyanın idarə edilməsini təkmilləşdirir – Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Cəmiyyət Materials 5 Mart 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.Babayeva /

Azərbaycan Prezidenti İlham Əliyevin miqrasiya proseslərinin idarə edilməsi istiqamətində "vahid pəncərə" prinsipinin tətbiqi barəsindəki göstərişi işlərin təkmilləşdirilməsinə və yeni imkanların yaradılmasına şərait yaradacaq, - Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Miqrasiya və Demoqrafiya şöbəsinin sədri Vahab Məmmədov belə hesab edir.

"Azərbaycanın makroiqtisadi vəziyyəti və sabit iqtisadi inkişafı miqrasiya prosesləri baxımından ölkəni cəlbedici edir. Hazırda ölkəmizdə 73 ölkədən əmək miqrantları qeydiyyatdan keçib", - Məmmədov bildirib.

Azərbaycan Prezidenti çərşənbə günü iyulun 1-dən etibarən miqrasiya proseslərinin idarə edilməsi üzrə "vahid pəncərə" prinsipinin tətbiqi barədə sərəncam verib.

Sərəncama əsasən "vahid pəncərə" prinsipi üzrə vahid dövlət orqanınının səlahiyyətlərinin icra olunması Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

Rəsmi mənbələrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyində 54 mindən çox miqrant qeydiyyatdan keçib. Onların əksəriyyəti Gürcüstan, Orta Asiya ölkələri, İran, İraq, Pakistan, Hindistan, Banqladeş, Çin, Nigeriya və digər ölkələrdəndir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti