...

Azərbaycan penitensiar sisteminin Avropa ölkələrinin təcrübəsinə uyğunlaşdırılması üçün AŞ ilə birgə layihə həyata keçirilir

Cəmiyyət Materials 10 Mart 2009 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan penitensiar sisteminin Avropa ölkələrinin təcrübəsinə uyğunlaşdırılması üçün Ədliyyə Nazirliyi ilə Avropa Şurası arasında əməkdaşlıq proqramı çərçivəsində "2008-2009-cu illərdə Azərbaycanda həbsxana islahatlarına dəstək" adlı layihə icra olunur.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, layihə çərçivəsində martın 9-10-da xidmətin əməkdaşlarının iştirakı ilə növbəti seminar keçirilib.

Seminarda azadlıqdan məhrum edilmiş şəxslərin insan haqlarının müdafiəsinə yönəlmiş beynəlxalq sənədlər, AŞ-nin həbsxana personalının işə götürülmə və təlimatlandırma qaydaları, insan haqlarına dair Avropa Konvensiyasının 2 və 3-cü maddələri müzakirə edilib.

Təlim zamanı Avropa Həbsxana Qaydaları, İşgəncələr Əleyhinə Avropa Komitəsinin standartları və AŞ-nin tövsiyyələrinə dair müzakirələr aparılıb.

Layihə üzrə tədbirlərin 2010-cu ilin fevralında başa çatdırılması nəzərdə tutulub.

Norveç hökuməti tərəfindən maliyyələşdirilən layihə "Azərbaycanda həbsxana sisteminin müasirləşdirliməsi" adı altında 2006-cı ildə icra edilmiş AŞ və Avropa Komissiyasının Birgə Proqramının davamıdır.

Layihə penitensiar sistemin Avropa Penitensiar Qaydalarının və AŞ-nin Nazirlər Komitəsinin müvafiq tövsiyələrinə uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti