...

Vətəndaşların 14 milyon manat pulunu mənimsəyən azərbaycanlı iş adamına hökm oxunub

Cəmiyyət Materials 10 Mart 2009 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva /

Vətəndaşları aldadaraq onlardan 14 milyon manat pul almaqda ittiham edilən azərbaycanlı iş adamına hökm oxunub.

Trend -un məlumatına görə, çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə Emin Əmirova məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrumetmə cəzası verilib.

Əmirov barəsindəki cinayət işi üzrə prosesdə ifadə verənlər arasında müğənni Xumar Qədimova da olub.

Qədimova Əmirovdan ona yeni tikilmiş yüksək mərtəbəli binalardan birində mənzil alması üçün köməklik etməsini xahiş edib. 2007-ci ilin əvvəllərində Əmirov ona Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 98 A, mənzil 13 ünvanında yerləşən evi almaq üçün köməklik göstərib. O, tikinti şirkətinə 280.000 ABŞ dolları verərək, həmin evi alıb. Evi aldıqdan sonra Əmirov Qədimovadan evi banka girov qoyaraq pul götürməsi üçün mənzili onun adına rəsmiləşdirməsini xahiş edib. Emin Əmirov həmin vaxt pula ehtiyacı olduğunu bildirib.

Müğənni Əmirovla dost münasibətində olduğu üçün razılaşıb. Evi təmir etdirdikdən sonra ora köçən Qədimova, evə dair şəhadətnamə alınarkən həmin evin Əmirovun adına rəsmiləşdirilməsindən xəbərdar olub.

Müğənni istintaqa onu da söyləyib ki, Əmirovun həbsindən sonra bank işçiləri onu narahat etməyə başlayıblar. Belə ki, bank işçiləri həmin evdə faktiki olaraq onun yaşamasını əsas gətirərək, kredit faizlərini ödəməsini tələb ediblər. O da çıxılmaz vəziyyətdə qaldığı üçün həmin evi alqı-satqı yolu ilə almaq qərarına gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti