...

Ermənilərin Bakıda törətdiyi soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün tarixi sənədlərin müxtəlif dillərə tərcümə edilməsi vacibdir - deputat

Cəmiyyət Materials 29 Mart 2009 13:15 (UTC +04:00)
Ermənilərin Bakıda törətdiyi soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün tarixi sənədlərin müxtəlif dillərə tərcümə edilməsi vacibdir - deputat

Azərbaycan, Bаkı, 29 mart  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanlı deputat paytaxt Bakıda 1918-ci ildə ermənilərin törətdiyi soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün sənədlərin müxtəlif dillərə tərcümə edilib nəşr olunmasını vacib sayır.

"1918-ci ilin yayında yaradılan Fövqəladə İstintaq Komissiyası çox nadir sənədlər toplayıb. Mart hadisələrinin Bakıya aid olan hissəsi artıq rus dilində sənədlər toplusu kimi nəşr edilib", - bazar günü Trend -a tarix elmləri doktoru, bitərəf deputat Cəmil Həsənli bildirib.

Trend -un arayışı: Martın 31-i Azərbaycanda azərbaycanlıların Soyqırımı Günü qeyd edilir.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi altında mart-aprel aylarında Bakı, Şamaxı və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlını amansızcasına qətlə yetiriblər. O zaman qardaş Türkiyə Azərbaycana yardım əlini uzadıb və bununla azərbaycanlılar kütləvi soyqırımdan xilas olublar.

31 mart günü xalqın Azərbaycan tarixinin faciəvi anlarına xatirəsinin təzahürüdur. Kütləvi qırğınlar və repressiyalarla bağlı faktları dünya tarixində XX yüzilliyin ən faciəvi səhifələrindən biri saymaq olar. Azərbaycan xalqının bu faciəvi tarixində "Böyük Ermənistan" xulyası ilə yaşayan erməni şovinizminin izi görünür.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Həsənlinin sözlərinə görə, Fövqəladə Hallar Komissiyasının topladığı materiallarda bütün şahid ifadələri, ümumiləşdiririlmiş raportlar, hüquqşünas təhlilləri əksini tapıb.

"Mən sənədlərin ilk dəfə xarici bir dildə nəşr olunmasını mühüm addım hesab edirəm. Düşünürəm ki, mart soyqırımının dünyada tanınması üçün prosesi davam etdirmək və ən çox oxunan başqa dillərə də tərcümə etmək lazımdır", - Həsənli deyib.

Tarixçi-alim bununla ermənilərin daima azərbaycanlıların əleyhinə apardığı təbliğatın qarşısını almağın mümkün olduğunu da istisna etmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti