...

Azərbaycan və Dağıstan arasında gənclər siyasəti sahəsində memorandum imzalanıb

Cəmiyyət Materials 2 Aprel 2009 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan və Dağıstan arasında cümə axşamı gənclər siyasəti sahəsində memorandum imzalanıb.

"Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Dağıstanın gənclərlə iş üzrə nazir müavini Qapız Qapızov arasında imzalanan memoranduma əsaəsən, 2009-2010-cu illərdə gənclər siyasəti sahəsində müxtəlif tədbirlər keçiriləcək", - cümə axşamı Gənclər və İdman Nazirliyinin məlumatında bildirilib.

Dağıstanın gənclərlə iş üzrə nazir müavini Qapızov gənclər və idman naziri Rəhimovla görüşdə bildirib ki, Dağıstan gənclər sahəsində Azərbaycandan təcrübə toplamaq arzusundadır.  

Rəhimov Dağıstan idmançılarını Azərbaycana təlim-məşq toplantılarına dəvət edib.

Trend -un arayışı: Dağıstanın gənclərlə iş üzrə nazir müavini Qapızovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 1-3-də Bakıda rəsmi səfərdə olacaq. Səfərin məqsədi Azərbaycanın gənclər siyasəti ilə tanışlıqdır. Dağıstan nümayəndə heyəti, həmçinin gənclər təşkilatları ilə görüşlər keçirəcək.

Azərbaycanın gənclər siyasəti və idman sahəsində əməkdaşlıq üzrə 50 ölkə ilə müqaviləsi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti