...

Azərbaycanın Trend İnformasiya Agentliyi ilə İtaliyanın media xidməti "Adnkronos International" arasında informasiya sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb

Cəmiyyət Materials 6 Aprel 2009 15:45 (UTC +04:00)
Azərbaycanın Trend İnformasiya Agentliyi ilə İtaliyanın media xidməti "Adnkronos International" arasında informasiya sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb

Azərbaycan, Bakı, 06 aprel / Trend , müxbir Y.Оstapenko /

Azərbaycanın Trend İnformasiya Agentliyi ilə İtaliyanın media xidməti "Adnkronos International" (AKI) arasında informasiya sahəsində əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Müqaviləni bazar ertəsi AKI prezidenti Cüzeppe Marra və Trend-in beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov imzalayıblar.

Razılaşma iki tərəfin ingilis və ərəb redaksiyalarının xəbər və analitik materiallarının mübadiləsini, həmçinin sifariş yolu ilə eksklüziv materialların hazırlanmasını nəzərdə tutur. Tərəflər gələcəkdə əməkdaşlığın digər fəaliyyət sahələrini də genişləndirmək barədə razılığa gəliblər.

TREND Agentliyi - 1995-ci ildə Azərbaycanda yaradılmış özəl beynəlxalq informasiya agentliyidir.

TREND-in onlayn-xəbərlər buraxılışları ingilis, rus, fars və ərəb dilləri daxil olmaqla beş dildə nəşr olunur və www.trendaz.com veb-portalında yerləşdirilir. TREND abunəçilərə yüksək keyfiyyətli video və foto materialları, həftənin, ayın, ilin əsas siyasi, iqtisadi hadisələrini özündə birləşdirən analitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini təqdim edir.

2006 və 2007-ci illərin yekunları üzrə TREND İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyasında "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008-ci ildə TREND Agentliyi "XI Avrasiya Teleforumu çərçivəsində "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmentinə görə" nominasiyasında "Avrasiya İnternet-məkanda" xüsusi elektron KİV müsabiqəsinin qalibi olub.

AKI media xidməti The GMC Group multimedia nəşr qrupunda birləşmiş 11 şirkətdən biridir. Onun məqsədi İtaliya ilə Avropa, Afrika, Yaxın Şərq, Asiya və Latın Amerikası arasında informasiya dialoqunun qurulmasıdır. AKI ingilis, ərəb və italyan dillərində materiallar buraxır və Reuters International, Scripps Howard News Service, Los Angeles Times-Washington Post News Service, Deutsche Presse Agentur, The New China News Agency və başqaları ilə əməkdaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti