...

Azərbaycanın qeyri-hökumət təşkilatları üçün elan edilən maliyyə müsabiqəsi şəffaf keçirilib – forumun prezidenti

Cəmiyyət Materials 8 Aprel 2009 17:10 (UTC +04:00)
Azərbaycanın qeyri-hökumət təşkilatları üçün elan edilən maliyyə müsabiqəsi şəffaf keçirilib – forumun prezidenti

Azərbaycan, Bаkı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün elan etdiyi maliyyə müsabiqəsi şəffaflıq prinsipinə əməl olunaraq keçirilib.

"Bəzi layihələrə ekspertlərin müsbət rəy verməməsini təbii qarşılamaq lazımdır", - çərşənbə günü Trend -a Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbəri Rauf Zeyni bildirib.

Trend -un arayışı: 2009-cu ildə elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya 569 QHT-dən layihələr təqdim olunub. Bu QHT-lərin 212-si 2008-ci il maliyyə yardımı müsabiqəsində iştirak edib. 357 QHT isə müsabiqəyə ilk dəfə layihə təqdim edib. Müsabiqənin nəticələrinə görə, 226 layihə qalib elan olunub və onlara 1 milyon 848 min manat veriləcək.

2008-ci ildə isə Şuraya 365 təşkilat layihə ilə müraciət edib, 190 təşkilat müsabiqənin qalibi olub.

Zeyninin sözlərinə görə, 2009-cu il maliyyə müsabiqəsi ilə də bağlı narazılıqlar və anlaşılmazlıqlar ola bilər. "Bunları araşdırmaq üçün Şuranın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir. Hansı Qeyri-Hökumət Təşkilatının narazılığı varsa, komissiyaya müraciət edib oradan şikayətinə cavab ala bilər", - Forum rəhbəri əlavə edib.

Onun fikrincə, 2009-cu il üçün elan edilən maliyyə müsabiqəsində Milli QHT Forumunun üzvü olan 20 təşkilat qalib hesab olunub. "Şuranın ötənilki müsabiqəsində isə bizim üzvümüz olan 90-a yaxın QHT-yə maliyyə yardımı verilmişdi. Amma bizim şikayət etmək üçün heç bir əsasımız yoxdur", - Zeyni vurğulayıb.

Trend -un arayışı: Zeyni, Milli QHT Forumunun kеçмiş prezidenti Azay Quliyev 2008-ci il apрelin 21-дə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçiləndən sonra Forumun yeni rəhbəri seçilib.

Azərbaycan Milli QHT Forumunda 500-dək qeyri-hökumət təşkilatı təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti