...

Azərbaycanın futbol klubu polisi təhqir edən qapıçını 12 500 dollar dəyərində cərimələyib

Cəmiyyət Materials 21 Aprel 2009 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir A.Hüseynbala /  

 

Azərbaycanın "Bakı" klubunun legioner qapıçısı polisi təhqir etdiyi üçün 10 min manat (12 500 dollar) dəyərində cərimələnib, çərşənbə axşamı Trend -a klubun mətbuat xidmətindən bildirilib.

 

Premyer-Liqanın 22-ci turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasının başa çatmasından sonra Lənkəran şəhər stadionunda asayişi qoruyan polis nəfəri ilə paytaxt klubunun qapıçısı Xalidu Sissoko arasında yaşanan anlaşılmazlıq nəticəsində qapıçı polisə tüpürmüşdü.

 

"Klub rəhbərliyi Sissokonun hərəkətinu klubun adına layiq olmayan səhv hərəkət kimi dəyərləndirilib və qapıçıya ağır cəza verilib", - çıxarılan qərarda qeyd olunub.

 

"Bakı" futbol klubu futbolçunun səhvini etiraf etməklə bərabər, eyni zamanda onun peşmançılığını və etirafını, o cümlədən,  hadisə zamanı təhqirə məruz qalan polis məmurundan üzr istədiyini nəzərə alaraq  Sissokonun cəzası 10 min manat cərimə ilə qiymətləndirilib.


Sissokoya sonuncu xəbərdarlıq edilib ki, bir daha belə bir hal yaşanacağı halda "Bakı" futbol klubu ilə müqaviləsinə xitam veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti