...

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi vəzifəsinə üç namizəd var

Cəmiyyət Materials 7 May 2009 11:14 (UTC +04:00)

Azərbaycan, Bаkı, 07 may / TrendNews, müxbir A.Hüseynbala /

Türkiyənin "Qalatasaray" futbol klubunun rəhbərliyi növbəti mövsümdə komandanın baş məşqçı postuna yeni namizədlər axtarır. Klubun internet saytında verilən məlumata görə, indi barəsində daha çox düşünülən namizəd Almaniyanın "Bavariya" klubunun keçmiş baş məşqçisi Ottmar Hitzfilddir. Komandanın başkanı Adnan Poladın göstərişi ilə klub rəsmilərinin indi İsveçrə milli komandasını çalışdıran baş məşqçi ilə danışıqlara başlayacağı bildirilir.

Digər bir məlumata görə, "Qalatasaray" rəhbərliyinin baş məşqçi postuna namizədlər arasında daha bir almaniyalı, bu mövsüm bir müddət İspaniyanın "Real" klubunu çalığdıran Bernd Şuster və ötən mövsümun sonunda İspaniyanın daha bir adlı-sanlı komandası "Barselona"nın baş məşçliyindən uzaqlaşdırılan hollandiyalı Frank Raykardın da adları var.

İspaniya mətbuatının yazdığına görə, "Qalatasaray" rəhbərliyi Şusterə hətta 2 milyon avro dəyərində bir illik müqavilə imzalamasını da təklif edib.

"Qalatasaray" klubu Türkiyə çempionatının başa çatmasına dörd oyun qalmış turnir cədvəlində dördüncü yerdədir. Klubun rəhbərliyi bu il artıq bir dəfə məşqçi dəyişikliyinə əl atıb. Bir müddət öncə öz meydanında "Kocalispor" klubuna 5:2 məğlub olandan sonra almanıiyalı baş məşqçi Mixail Skibbe istefaya göndərilib və onun yerinə komandanın keçmiş məşhur oyunçusu Bülənt Qorxmaz gətirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti