...

Azərbaycanda iki azyaşlı qızın ölümündə ittiham olunan qardaşların məhkəmə istintaqı təzələnib

Cəmiyyət Materials 7 May 2009 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın Dəvəçi rayonunda iki azyaşlı qızın müəmmalı ölümündə ittiham olunan qardaşların məhkəmə istintaqı təzələnib. Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə və digər ağır cinayətlər törətməkdə ittiham olunan Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşlarının işi üzrə keçirilən prosesdə vəkil Qaçay Məmmədov vəsatət qaldıraraq məhkəmə istintaqının təzələnməsi və Nailə Məcidovanın meyidini müayinədən keçirən ekspertin dindirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və ekspert Ceyhun Allahverdiyev ifadə verib. Ekspert istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirb ki, mərhumun meyidi suda 3 gün qaldığından onun üzərində xəsarətlər müəyyən edilməyib.

Ekspertin ifadəsindən sonra məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün vaxt istəyib.

Proses mayın 21-də prokurorun çıxışı ilə davam edəcək.

2007-ci ilin avqust ayında Dağ Bilici kənd sakinləri 7 yaşlı Reyhanə Məcidova və 14 yaşlı Nailə Məcidova itkin düşüb. Avqustun 9-da Nailə Məcidovaya aid olduğu ehtimal edilən meyit tapılıb. Meyit dəfn ediləndən sonra noyabr ayının 27-də eksqumasiya edilərək ekspertizadan keçirilmək üçün Moskva şəhərinə göndərilib.

Ekspertiza meyidin Məcidova olduğunu təsdiq edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti