...

Azərbaycanda üzgüçülük üzrə beynəlxalq turnir keçiriləcək

Cəmiyyət Materials 8 May 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may / Trend , müxbir A.Hüseynbala/  Azərbaycanda üzgüçülük üzrə beynəlxalq turnir keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a bildiriblər ki, mayın 9-13-də Gəncə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda Ümummlilli Lider heydər Əliyevin 86 illiyinə həsr  olunmuş üzgüçülük üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə Gürcüstan, Özbəkistan və Azərbaycanın idmançıları iştirak edəcəklər. Turnirdə 18 Azərbaycan , 16 Gürcüstan və 10 Özbəkistan idmançısı  olmaqla ümumilikdə 44 üzgüçü mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti