...

Çimərlik futbolu üzrə "Avropa kuboku-2009" turnirində Azərbaycanın rəqibləri bəlli olub

Cəmiyyət Materials 21 May 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir A.Hüseynbala /

Mayın 22-dən 24-dək İtaliyanın paytaxtı Romada çimərlik futbolu üzrə "Avropa kuboku-2009" turniri keçiriləcək. Yarışda Portuqaliya, Polşa, Rusiya, İspaniya, Fransa, İsveçrə, İtaliya və Macarıstan yığmaları mübarizə aparacaqlar.

Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Portuqaliya yığması millimizlə eyni qrupda yer alıb. Çimərlik futbolu üzrə "Avropa kuboku-2009"un təntənəli açılış və bağlanış mərasimlərinə Azərbaycan Çimərlik Futbolu Federasiyasının rəhbərliyi dəvət olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti